Nazir müavini: Bakıda Taxta bazarında yanğın söndürülüb - (FOTO + VİDEO), YENİLƏNİB - 3

Nazir müavini: Bakıda Taxta bazarında yanğın söndürülüb - (FOTO + VİDEO), YENİLƏNİB - 3

Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

Bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, yanğın üç saatdan çox davam edib: "Yanğının sahəsi, təxminən, 1500 kvardratmetrdən artıqdır. Yanğının söndürülməsinə 32 texnika, 250-dən artıq canlı qüvvə cəlb olunub". 

Nazir müavini bildirib ki, bazardakı yanğın zamanı ciddi xəsarət alan olmayıb: "Yanğın barədə məlumat daxil olan kimi, dərhal yanğın bölmələri hadisə yerinə cəlb olunub. Buraya yaxın ərazidə yanğından mühafizə bölmələrimiz var. Ona görə də əməkdaşlarımız hadisə yerinə vaxtında çatıblar. Burada əsas məsələ suyun çatışmazlığı olub. Biz suyu öncədən daşıma yolu ilə əldə etdik. Yanğın tam söndürülüb. Yayılma təhlükəsi yoxdur".

Hadisə yerinə TTYX-nin 10 təcili yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 2 yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, daha 3 əməkdaşa yerində yardım edilib.

 

****

16:50

Fövqəladə Hallar Nazirliyi (FHN) “Baksol” yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən REAL-a bildirilib ki, avqustun 22-də FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, “Baksol” yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

****

16:33

Bakının Nərimanov rayonunda, "Baksol" yolunda, “Taxta Bazarı”nda yanğın başlayıb.

Bu barədə REAL-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə