Fəvvarələr qrafiklə işləyir - VİDEO

Fəvvarələr qrafiklə işləyir - VİDEO
Sakinlərin sıx olduğu parklarda günorta saatlarında fəvvarələr işləyir

İsti yay günlərində paytaxt sakinlərinin baş çəkdiyi yerlərdən biri də istirahət parklarıdır. İnsanlar əsasən fəvvarələrin olduğu parklara üstünlük verirlər.

Lakin bu məsələdə bəzi paytaxt sakinlərinin sözlərinə görə Bakının müxtəlif yerlərindəki fəvvarələrin ya səhər saatlarında ya da axşam saatlarında işlək vəziyyətdə görmək olar. Günorta saatlarında istinin kəskin olduğu vaxtlarda isə fəvvarələr işləmir. Elə bizdə bu məqsədlə məsul qurumu tapmağa çalışdıq. Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsinin rəisi Qəhrəman Məmmədovun sözlərinə görə insanların əsasən günün səhər və axşam saatlarında istirahət etdiyini nəzərə alaraq İdarə tərəfindən qəbul edilmiş müvafiq qaydalara uyğun olaraq fəaliyyət göstərən fəvvarələr qrafiklə işləyir.

Qəhrəman Məmmədovun sözlərinə görə bir sıra fəvvarələr də var ki, onların yerləşdiyi parklarda şəhər sakinləri günorta saatlarında da istirahət edirlər.

Bunlara misal olaraq Sahil bağı, Səməd Vurğun bağı, Heydər Əliyev Parkı, Muğan Bağı və s. adlarını çəkmək olar. Adları qeyd olunan parklarda əlavə olaraq günorta saat 12-dən 15-dək fəvvarələr işə salınır.Elə çəkiliş apardığımız sahil bağında da fəvvarələrin işlədiyinin şahidi olduq. 

İdarə rəisinin sözlərinə görə yay mövsümü ilə əlaqədar olaraq idarə işçiləri gücləndirilmiş iş rejimində çalışır. 

Bundan başqa Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsinin balansında 17 park da fəaliyət göstərir ki, həmin parklarda təmizlik və fəvvarələrin daim saz vəziyyətdə olması idarə tərəfində təmin olunur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə