Rəsmilərin qiymət müqayisəsi - VİDEO

Rəsmilərin qiymət müqayisəsi - VİDEO
Əli Əhmədov və İnam Kərimov yarmarka, bazar və marketləri gəzib

Baş nazir müavini Əli Əhmədovla Kənd Təsərrüfatı naziri İnam Kərimov Yaşıl bazarda qiymətlərlə maraqlanıb.

Adı çəkilən bazarda qiymətlərin yüksək olduğunu deyən Əli Əhmədov daha sonra super marketlərdən birində monitorinqi davam etdirib. Bu zaman baş nazir müavini marketlərdə qiymətlərin bazarlara nisbətən daha ucuz olduğunu deyib.

Məsələn, Yaşıl bazarda 1 manata olan xiyar marketdə 37 qəpiyə satılır.

Monitorinq zamanı Əli Əhmədov yarmarkalardakı qiymətlərlə maraqlanmağıda unutmadı.

Baş nazir müavinin fikrincə, yarmarkalarda da qiymət uyğundur.

Qeyd edək ki, alıcılarda yarmarkadan məmnunluqlarını bildiriblər. Eyni zamanda, sahibkarlar da öz satış qiymətlərindən razıdırlar.

Əli əhmədovun sözlərinə görə, Prezident İlham Əliyev sosial-iqtisadi məsələlərə həsr olunmuş müşavirədə də bəyan etdi ki, süni qiymət artımını yaradan möhtəkir qüvvələrlə sərt mübarizə aparılmalıdır.

Bu səbəbdən də qiymətlər tam nəzarətdə saxlanılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə