Ağsuda dağlıq ərazidə yanğın başlayıb, əraziyə helikopterlər cəlb edilib - YENİLƏNİB, VİDEO

Ağsuda dağlıq ərazidə yanğın başlayıb, əraziyə helikopterlər cəlb edilib - YENİLƏNİB, VİDEO

Bununla bağlı REAL TV-yə FHN-nin mətbuat katibi Gülçin Mehdiyeva məlumat verib.

 

****

18:47

Fövqəladə Hallar Nazirliyi Ağsuda baş verən yanğınla bağlı məlumat yayıb.

REAL-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətindən 5 ədəd texnika və 30 nəfər şəxsi heyət, Mülki müdafiə qoşunlarından 4 ədəd texnika və 41 nəfər şəxsi heyət cəlb olunub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə