Yardımlıda dağlarda baş verən yanğın söndürülüb

Yardımlıda dağlarda baş verən yanğın söndürülüb

Avqustun 21-də Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında dağlıq zonada başlamış yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən söndürülüb.

Bu barədə REAL-a FHN-nin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Digər xəbərlər
Bu gün
Dünən