Hərbi orkestrimiz beynəlxalq festivalda - VİDEO

Hərbi orkestrimiz beynəlxalq festivalda - VİDEO
Rusiyada keçirilən festivalda ölkəmiz ilk dəfədir iştirak edir

Moskvanın mərkəzi “Qırmızı meydanında” keçirilən beynəlxalq festivalda Azərbycan milli musiqi nümunələri səsləndiriləcək.

Rusiya paytaxtında avqustun 23-dən başlayan “Spasskaya Başnya” beynəlxalq hərbi musiqi festivalında ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri təmsil edir.

Festivalın keçirilmə şərtlərinə uyğun olaraq yarışda orkestrlə birlikdə Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının xoreoqrafiya qrupu da çıxış edərək öz rəqsləri ilə orkestri müşayiət edəcək.

Dünyanın ən böyük musiqi festivallarından olan "Spasskaya Başnya" Beynəlxalq Hərbi Musiqi festivalında bu il də maraqlı kollektivlərin çıxışları təqdim olunur. 

Festival zamanı hər komandaya altı dəqiqə vaxt veriləcək. Bu vaxt ərzində orkestrlər təmsil etdikləri dövlətin mahnı və marşlarını ifa edəcəklər.

Orkestrimiz şəhər sakinləri və qonaqlar üçün də bir neçə konsert proqramı təşkil edəcək. Şəhərin mərkəzi meydanlarında baş tutacaq konsertlərdə Azərbaycan bəstəkarları və dünya klassiklərinin musiqi əsərləri təqdim ediləcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə