Su "quyusu" - VİDEO

Su
Çimərlik mövsümü başlayandan bu günə qədər 42 nəfər suda boğulub

Çimərlik mövsümü başlayandan bu günə qədər 42 nəfər suda boğulub

Küləkli havada sahilə çırpılan dalğalar bərk səthə dəyib geri qayıdarkən suyun altında axın yaranır. Adamlara isə elə gəlir ki, kimsə onların ayağından çəkib dənizin dibinə aparır. Bunu ekoloq Telman Zeynalov bu mövsüm dənizdə boğulmaların sayının çox olmasının bir səbəbi kimi izah etdi.

Elə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili də suda boğulma hallarının bu mövsüm daha çox qeydə alınmasının bir əsas səbəbi nəzarətsiz çimərliklərə axındırsa, digər səbəblərdən biri əlverişsiz hava şəraitidir bildirdi.

Müsahibim deyir ki, bəzən insanlar çimməyin qadağan olduğu yerlərdə istirahət etməyin təhlükəsini dərk etmirlər. Elə hesab edirlər ki, çimərlik üçün qadağan olunmuş yerlər əslində təhlükəli deyil. Sadəcə, infrastruktur olmadığı üçün qadağan edilir. Əslində isə belə deyil. Dəniz sahilində hər hansı ərazi çimərlik üçün seçilirsə, mütləq bizim qurumun əməkdaşları həmin ərazidə su altına baxış keçirirlər. Yeraltı su axını olan, qayalıqlar olan yerlərdə çimərlik salınmasına icazə verilmir. Aqşin Əlili onu da əlavə etdi ki, FHN-in nəzarət etdiyi çimərliklərdə boğulma halı qeydə alınan kimi bu təhlükə ilə üzləşənlər xilasedicilər vasitəsilə sudan çıxarılır. Nəzarətsiz çimərliklərdə isə xilasetmə xidməti hadisə yerinə gec çatır.

Elə bu kimi səbəblər nəticəsində Çimərlik mövsümü başlayandan yəni (15 iyundan) bu günə qədər 42 nəfər suda (dəniz, çay, süni göl) boğularaq ölüb. qeyd olunan dövr ərzində 217 nəfər suda boğulmaqdan xilas edilib.

Lənkəranda 1, Salyanda 2, Bakıda 23, Sumqayıtda 1, Sabirabadda 1, Lerikdə 1, Gəncədə 1, Göygöldə 2, Qusarda 1, Cəlilabadda 1, Astarada 1, Neftçalada 3, Ağdaşda 1, Yevlaxda 1, Xaçmazda 2 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, çimərlik mövsümü iyunun 15-dən sentyabrın 15- qədər davam edir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə