Meşələrə uzanan “alov dili“ - VİDEO

Meşələrə uzanan “alov dili“ - VİDEO
"Oksigen fabrikləri" azalır

Yer kürəsi qlobal təhlükə, bir sözlə təbiətin yazılmayan qanunları- Meşə yanğınları. Planetimizin ağ ciyəri sayılan meşələr, məhv olma təhlükəsi yaşayır. Bəzən təbiətin şıltağlığı,bəzən isə biz insanların laqeyidliyi nəticəsində, yer üzünün yaşıl libası alışıb yanır. Təbiətin əsirlərlə tikdiyi bu yaşıl libas niyə alışıb yanır? Doğurdanmı insan təbiətə qənim kəsilib?

Araşdırmalar onu göstərirki, təbiət üçün ən böyük təhlükə elə insanın özüdür! Yer üzünün qiymətli xəzinəsi etibarsız əllərdədir. Belə gedsə Yaşıl və mavi rəngin sintezi olan bu kürə, ən dəyərli sərvətindən məhrum qalacaq.

Planetin quru səthinin üçdə birini Təbiətin “oksigen fabriki” sayılan meşələr tutur.

Meşə ekosistemini süni şəkildə yaratmaq çox çətindir.

Yer üzərində insan həyatı üçün ən mühüm ünsürlər olan oksigen, su, qida kimi əsas maddələrin tarazlığı meşələr tərəfindən təmin edilir.Bir sözlə, bir növ süzgəc, filtr rolu oynayır. 

Bəli Yer səthinin yaşıl libası məhv olarsa, bundan insanlarla yanaşı, bu oksigen fabrikinin daimi sakinləri olan heyvanat aləmidə əziyyət çəkəcək. Bu səbəbdən bir qrup heyvanlar nəsli kəsilmə təhlükəsi ilə üz üzə qala bilər.

Bu problem dünyanın hər yerində olduğu kimi Azərbaycandada mövcuddur. Ölkəmizdə meşələrimizə qarşı bu sui qəsdi elə özümüz törədirik. Təəcüblü olmasada Yanğınların baş verdiyi mövsüm əsasən yay mövsümüdür. İsti yay günlərində meşələrə üz tutanlar öz istirahətləri uğrunda, 10larla bəzən isə 100lərlə ağacı qurban verməyə hazırdılar.

Meşə yanğınlarının əsas baş vermə səbəbləri bunlardır.

Meşədə təhlükəsizlik tədbirləri görülmədən oçaq qalanması.
Qalanan oçağın söndürülmədən tərk edilməsi.
Söndürülməmiş siqaret və ya kibriti meşəyə atmaq.
Meşədə gecə gəzintisi zamanı, fakeldən istifadə etmək.
Şüşə qırıqlarını meşəyə tullamaq. Şüşə qırıntılarından çıxan şüaların meşədə əks olunması ilə yanğın baş verə bilər.
Uşaqların meşədə odla oynamaları.
Əyləncə məqsədi ilə meşədə təhlükəsiz şəraitdə oçaq qalamaq.

Bəşər övladının əsas məqsədi - əvvəlcə Yer kürəsini yararsız hala salmaq və nəhayət özünü məhv etməkdir. Təbiətə qarşı işlənən cinayətin qisası, insan ədalətindən daha çətindir unutmayaq!
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə