Ölkəmizin ağ ciyəri-meşələr - VİDEO

Ölkəmizin ağ ciyəri-meşələr - VİDEO
Meşələrdəki yanğınların səbəbləri nədir?!

Ölkəmizin ağ ciyərləri sayılan meşələrin necə böyük əhəmiyyət kəsb etməsini hər halda meşələrə ölkəmizin ağ ciyəri deməmdən anlamaq olar.Suyun,totpağın,ağacın,kolun vəhdəti meşələrdə yanğınların geniş vüsət alması insanlıq üçün böyük fəlakətdir. Son günlərdə Şəkidə, XızıdaVƏ Qəbələdə baş verən yanğın hadisələri,Hirkan parkında avqustun 20-də başlayıb avqustun 24-də söndürülən o böyük yanğın və başqa yanğınlar sözün əsl mənasında fəlakətdi.Meşələrdə nəyə görə tez-tez yanğınlar baş verir,həqiqətənmi bu xainliyi insanoğlu edir Yoxsa qlobal istiləşmə artıq öz sözünü deyir?

Təbii,gərəkdir ki hər şeyi öz mütəxəssisindən soruşasan….

Hikmət Əlizadənin də dediyi kimi,meşə yanğınlarının baş vermə səbəbinin çox hissəsini insanların ehtiyyatsızlığı təşkil edir.Daha bir Hirkan faciəsi ilə qarşılaşmamaq üçün ehtiyatı əldən verməməliyik.Eyni zamanda yay aylarında isti və quru hava şəraitində də geniş ərazilərdə olduqca təhlükəli meşə yanğınları baş verə bilər.Belə yanğınlar adətən,

1.Atmosferdə şimşək çaxması
2.Meşələrdə nasaz texnikadan istifadə etmək
3.Odla ehtiyyatsız davranmaq
4.Yanğın təhlükəsizliyi qaydalarının pozulması
5.Biçindən sonra əkin sahələrində kövşənin nəzarətsiz yandırılması zamanı baş verir.

Təbiət daim insan ətrafında olan cansız reallıqdır.Reallıqdan qaçmaq yerinə reallığa qaçmaq bizim ən ümdə vəzifəmiz olmalıdır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə