Kürdəmirdə fəhlə qəfil dünyasını dəyişib

Kürdəmirdə fəhlə qəfil dünyasını dəyişib

Kürdəmir rayonunda məcburi köçkünlər üçün tikilən binada işləyən fəhlə dünyasını dəyişib.

REAL Report-a istinadla xəbər verir ki,  Gəncə şəhər sakini 50 yaşlı Kazımov Elçin Sadıq oğlunun fəhlə işlədiyi binada qəfildən səhhəti pisləşib.

Onu dərhal Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər