Goranboydakı ağır qəzada ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Goranboydakı ağır qəzada ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Goranboy rayonunda baş verən yol nəqliyyat qəzasında ölən şəxsin kimliyi məlum olub. 

REAL Report-a istinadla xəbər verir ki, bu Tərtər rayon sakini, 1955-ci il təvəllüdlü Əhmədov Rasim Məhəmməd oğludur.

Qeyd edək ki, "VAZ" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıblar. Onlar Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


***

21:47

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

REAL Report-a istinadla xəbər verir ki, Veyisli kəndində minik avtomobili yük maşını ilə toqquşub. Nəticədə 1 nəfərin öldüyü 5 nəfərin isə yaralandığı bildirilir. 

Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə