Şəkidə baş vermiş yanğınlar 300 hektara yaxın ərazini əhatə edib

Şəkidə baş vermiş yanğınlar 300 hektara yaxın ərazini əhatə edib

Avqustun 24-də Şəkidə baş vermiş yanğınlar tam söndürülüb, bununla belə, 300 hektara yaxın ərazi yanıb.

REAL-ın APA-ya istinadən məlumatına görə, avqustun 24-ü günorta saatlarından başlayaraq Şəki rayonunun müxtəlif ərazilərində kol-kos, quru ot və biçilmiş taxıl sahələrində yanğınlar baş verib. Ümumilikdə rayon üzrə gün ərzində 12 müxtəlif ərazidə yanğın qeydə alınıb. Küləkli hava şəraiti səbəbindən yanğının söndürülməsində problemlər yaşanıb.

Ərazilərdə baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki, Zaqatala, Qax  və Yevlax  rayonlarının  Dövlət Yanğından Mühafizə Hissələrinin ümumilikdə 10 yanğınsöndürən maşını, 100 nəfərə yaxın şəxsi heyəti, Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları cəlb edilib.

İrimiqyaslı yanğın Aşağı Göynük və Cunut kəndlərinin ərazisində, Şin çayının kənarlarında qeydə alınıb. Bu ərazilərdə baş verən yanğının söndürülməsinə 6 yanğınsöndürən maşın, 170 nəfər canlı qüvvə cəlb edilib. Yanğının genişlənərək yaşayış sahəsinə və meşə ərazisinə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 250 hektar ərazidə kol-kos, quru ot və qismən xırda ağaclar yanıb.

Rayonun Aşağı Daşağıl kəndi ərazisində baş verən yanğın nəticəsində kənd sakinlərinə məxsus iki mal tövləsi, iki ot tayası yanıb. İki baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub, dörd baş heyvan isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Ötən gün rayonun 12 müxtəlif ərazilərində baş verən yanğınlar nəticəsində 300 hektara yaxın sahə yanıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə