“Pəncə-3“ əməliyyatı davam edir - VİDEO

“Pəncə-3“ əməliyyatı davam edir - VİDEO
Türkiyə Silahlı Qüvvələri 9 terrorçunu zərərsizləşdirdi

Türkiyənin İraqın şimalında Sinat və Haftanin bölgəsində avqustun 24-dən başlatdığı "Pəncə-3" əməliyyatı davam edir.

REAL-ın Türkiyə bürosunun məlumatına görə, Türkiyə Silahlı Qüvvələri hava qüvvələrinin dəstəyi ilə 9 terrorçunu zərərsizləşdirə bilib.

PKK-ya qarşı aparılan hərbi əməliyyatlar zamanı Haftanin bölgəsinə, terrorçuların olduğu məntəqələrə hava zərbələri endirilib. "Pəncə-3" əməliyyatının əsas məqsədi trerrorçuları zərərsizləşdirmək və onlara məxsus hərbi bazaları məhv etməkdir...

Türkiyənin müdafiə naziri Hulusi Akarın verdiyi açıqlamaya görə "Pəncə1", "Pəncə-2" əməliyyatları zamanı 654 terrorçu zərərsizləşdirilib, xeyli sayda silah sursat məhv edilib.

Bu arada Pentagqonun sözçüsü Roberston, Fıratın şərqində ilk ortaq helikopter uçuşuna dair açıqlama verdi. Roberston bildirib ki, bu qərar həftənin əvvəlində verilib və ortaq koordinasiya mərkəzinin qurulmasına daxil olan bir uçuşdur.

Anadolu agentliyinin sualının cavablandıran ABŞ-nın müdafi nazirinin sözçüsü ortaq koordinasiya mərkəzinin qurulması səbəbini də açıqlayıb. Robertson bildirib ki, burada məqsəd Türkiyənin sərhədlərində təhılükəsizliyi artırmaq və Suriyanın şimal-şərqində İŞİD terrorçularının yenidən meydana çıxmasının qarşısını almaqdır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə