İsmayıllıda yas mərasimində ev uçub, 10 nəfərə yaxın xəsarət alan var, YENİLƏNİB

İsmayıllıda yas mərasimində ev uçub, 10 nəfərə yaxın xəsarət alan var, YENİLƏNİB

İsmayıllıda yas mərasimi zamanı evin uçması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

REAL-ın APA-ya istinadən xəbərinə görə, rayonun Balik kənd sakinləri Kamalova Müşkünaz Bəşir qızı, Mirzəməmmədova Sevda Ziyad qızı, Umudova Elnarə Tofiq qızı, Daşdəmirova Vüsalə Şükür qızı, Mirzəyeva Cəmilə Sədulla qızı, Quliyeva Ofeliya Nadir qızı və adı hələ ki, məlum olmayan daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti orta-ağır olaraq qalır.

 

*****

13:25

 

İsmayıllı rayonunda ev uçub. 

REAL-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb.

Kənddə yas mərasimi olan iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Dağıntı zamanı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə