Göyçayda, Qubada, Gəncədə insan alveri qurbanlarına yardım mərkəzi fəaliyyət göstərəcək - VİDEO

Göyçayda, Qubada, Gəncədə insan alveri qurbanlarına yardım mərkəzi fəaliyyət göstərəcək  - VİDEO
Sosial xidmət sahələri genişləndirilir

ƏƏSMN yanında Sosial Xidmətlər və Proqramlar şöbəsinin müdiri Vüqar Behbudov "Real İntervyu"nun qonağıdır.

"Əvvəl 22 regionda sosial xidmətlər fəaliyyət göstərirdi. Prezidentin sərəncamından sonra xidmətlər bütün ölkə ərazisində fəaliyyət göstərəcək. Uşaqlar ücün sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) 58 rayonda fəaliyyət göstərir. Bakıda da sentyabrdan yeni sosial xidmət mərkəzi fəaliyyət göstərəcək. Bakıda ahıllar üçün günərzi qayğı mərkəzi fəaliyyət göstərir. Göycayda, Qubada, Gəncədə insan alveri qurbanlarına yardım mərkəzi fəaliyyət göstərəcək. Bakıda artıq var.  Evdə 11 mindən artıq şəxsə səyyar xidmət göstərilir. Elə uşaqlar vardır ki, onlar gələ bilmirlər. Onlara da səyyar fəaliyyət göstərilir. Uşaq bağçalarını əvəz edən günərzilər var. 3-12 yaş arası uşaqlar üçün günərzilərin fəaliyyət göstərməsi nəzərdə tutulur. Valideynlərə, uşaqlara yardım göstərilir. Mərkəzlərin yaradılmasında məqsəd onların dövlət uşaq müəssisələrinə düşməyinin qarşısını almaqdır. Fondun ahıllar üçün günərzi mərkəzləri yaradılır. Onların asudə vaxtı təşkil olunur. Günün sonunda gündə 1 dəfə yeməklə təmin edilməklə yenidən evlərinə aparılır. Əmkdaşlarımız təlimlərə cəlb edlir. Beynəlxalq təcrübə tətbiq edilir", deyə Vüqar Behbudov bildirib .

Günərzilərin uşaq bağçalarından fərqi nədir?

"Gələcəkdə uşaq evlərinə düşməsinin qarşısını almaq məqsədilə aztəminatlı ailələrin övladları günərzində burada olurlar, günün sonunda onlar evlərinə qayıdırlar", deyə ƏƏSMN yanında Sosial Xidmətlər və Proqramlar şöbəsinin müdiri Vüqar Behbudov.

Günərzilərin ahıllar evindən fərqi nədir?

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə