Bakı sakini Yevlaxda avtoqəzada ölüb

Bakı sakini Yevlaxda avtoqəzada ölüb

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

REAL APA-ya istinadla xəbər verir ki, avqustun 29-da saat 1 radələrində Yevlax rayonunun Qaradeyin kəndi ərazisində Bakı şəhər sakini Qərib Orucov idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili qarşıda gedən həmyerlisi S.Rəfiyevin idarə etdiyi “Mack” markalı yük avtomobilinin yarımqoşqusuna vurub. Nəticədə “Chevrolet Cruze”-un sürücüsü hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər