Nazirlik: Lənkəranda qəzada xəsarət alan qadın Bakıya gətirilərək əməliyyat olunub, vəziyyəti ağırdı

Nazirlik: Lənkəranda qəzada xəsarət alan qadın Bakıya gətirilərək əməliyyat olunub, vəziyyəti ağırdı

Səhiyyə Nazirliyi Lənkəranda baş verən yol nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirlikdən “Report”a bildirilib ki, Lənkəran Mərkəzi Rayon Xəstəxanasında hazırda 4 nəfərin müalicəsi davam edir.

Qeyd olunub ki, yaralıların vəziyyəti orta-ağır sabit qiymətləndirilir: “Vəziyyəti ağır qiymətləndirilən və reanimasiya şöbəsinə yerləşdirilən 42 yaşlı qadın isə sanaviasiya ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına çatdırılıb. Xəstə dərhal əməliyyat olunub. Vəziyyəti ağır olaraq qalır”.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər