Ucarda suda batan şəxsin kimliyi bəlli olub - YENİLƏNİB

Ucarda suda batan şəxsin kimliyi bəlli olub - YENİLƏNİB

Ucarda suda batan səxsin kimliyi bəlli olub.

REAL APA-ya istinadla xəbər verir ki, Fövqaladə Hallar Nazirliyinin əməkdaşları rayonun Rəstəcə kənd sakini, 1951-ci il təvəllüdlü Oktay Həmid oğlu Əliyevin meyitini kənd ərazisindəki su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Fakt araşdırılır.

***

09:58

Ucarda bir nəfər suda batıb.

REAL APA-ya istinadla xəbər verir ki,bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə, Ucar rayonunun Rəstəcə kəndində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.​

Digər xəbərlər
Dünən

Bütün xəbərlər