“Əcnəbi könüllülər“ layihəsi yekunlaşır - VİDEO

“Əcnəbi könüllülər“ layihəsi yekunlaşır - VİDEO
Layihə çərçivəsində 6 ölkənin gəncləri könüllü kimi fəaliyyət göstəriblər

Avqustun 24-dən 29-dək “Yaşıl ASAN” proqramının “Əcnəbi könüllülər” layihəsi çərçivəsində Şəki şəhəri və Quba rayonuna səfərlər həyata keçirilib.

İştirakçılar Şəki “ASAN Həyat” kompleksi, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar. Həmçinin Şəki Xan Sarayına, Kiş kəndinə, qədim alban məbədinə, “Gələrsən Görərsən” qalasına ekskursiyalar təşkil olunub.

Səfər çərçivəsində Qubadakı “ASAN Həyat” kompleksi, Quba Soyqırımı Memorial Kompleksi, Xınalıq kəndi ilə tanışlıq səfərləri də həyata keçirilib, “Əli və Nino” filmi nümayiş olunub. O cümlədən iştirakçılar müvafiq regionlarda müxtəlif təmizlik aksiyalarında iştirak ediblər.

Layihə “ASAN xidmət”, “ASAN Könüllülük” Məktəbinin “Yaşıl ASAN” proqramı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını təmin etmək üçün yeni əsasların yaradılması” layihəsi və Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər təşəbbüsünün birgə dəstəyi ilə həyata keçirilir.

"ASAN xidmət"in şöbə müdiri Orxan Dəmirli mövzu barədə danışıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər