Bakı sakini 2 əcnəbiyə qarşı soyğunçuluq edib

Bakı sakini 2 əcnəbiyə qarşı soyğunçuluq edib

Bakıda iki əcnəbi vətəndaşa qarşı soyğunçuluq olub.

REAL APA-ya istinadla xəbər verir ki, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən 2 əcnəbi vətəndaş avqustun 28-də axşam saatlarında N.Rəfibəyli küçəsində onlara yaxınlaşmış naməlum şəxsin içərisində 100 manat, 100 ABŞ dolları və 200 real olan pulqabılarını açıq talama yolu ilə apardığını bildiriblər.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırma aparılıb. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Miriyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər