Hacıqabulda avtomobil yük maşınına çırpılıb, 2 nəfər ölüb

Hacıqabulda avtomobil yük maşınına çırpılıb, 2 nəfər ölüb

Hacıqabul rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

REAL Report-a istinadla xəbər verir ki, hadisə Hacıqabul şəhəri Heydər Əliyev prospektində yerləşən uşaq bağçası yaxınlığında baş verib.

Rayon sakini, 1988-ci il təvəllüdlü Qanbayev Anar Fərrux oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən “KamAZ” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü və avtomobildə olan daha 1 nəfər hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər