Gəncədə piyadanı avtomobil vurub

Gəncədə piyadanı avtomobil vurub

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

REAL Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb. 

Belə ki, Şəmkir rayon sakini Malik Mikayılov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən Ramin Abdullayevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər