Maqnit qasırğası davam edir - VİDEO

Maqnit qasırğası davam edir - VİDEO
Növbəti iki gündə maqnit qasırğası zəifləyəcək

Avqustun 28-də əmələ gələn tac dəliyinin Yerə doğru yönəlməsi və nəticədə yüksək sürətli axınların geoeffektivliyi səbəbindən Günəş küləyi parametrlərində kəskin artma müşahidə olunub. daha dəqiq maqnit qasırğası bu gün də davam edəcək. bunu Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı astrofizika rəsədxanasının Elmi işçisi Mahir Pirquliyev REAL TV-yə açıqlamasında bildirdi.

Qeyd edək ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Təbii ki, sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcaşlanmalar xüsusi risk qrupundan olan xəstə insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatLıqlar, yuxusuzluq, stress və depressiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə