Azərbaycandan xaricə “Salam“ -VİDEO

Azərbaycandan xaricə “Salam“ -VİDEO
Kinofestivalda 300-dən çox yeniyetmə iştirak edir

Azərbaycan və Xarici ölkələrin yeniyetmələrini bir araya gətirən "Salam" beynəlxalq yeniyetmələrin kino festivalı özündə 13-17 yaşlı 300 dən çox insanı cəmləşdirir.

Festival çərçivəsində yeniyetmələr dünya kinematoqrafiyasının nümunələrini müzakirə edəcəklər və münsif kimi çıxış edərək qalibləri seçəcəklər.

Kinofestivalın əsas məqsədi Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, mədəniyyətinlərin qarşılıqlı təbliği, həmçinin xarici iştirakçılarının vasitəsi ilə dünya ölkələrində Azərbaycan haqqında müsbət rəyin formalaşmasına yardımçı olmaqdır.

Hindistan nümayəndə heyətinin üzvü Mira Pataçariya isə qonaqpərvərliyə və dəvətə görə təşkilatçılara xüsusi minnətdarlıq edib. 

Festivalda iştirak etmək üçün dəvətə görə hökümətinizə təşəkkür edirəm. Burada 10 müxtəlif millətdən olan uşaqlar toplaşaraq öz fikirlərini kino ilə ifadə edirlər.

"Bu böyük təcrübədir. Xalqınız çox qonaqpərvərdir. Bütün narahatlıqlarımızı və gərginliyi unutmuşuq. Özümüzü evimizdə kimi hiss edirik.D ünən küçədə gəzəndə bir hadisəni müşahidə etdim. Taksi sürücüsü hindcə mahnı oxuyurdu. Dilimin burada da tanındığını öyrəndim. Azərbaycan xalqı gözəl xalqdır".

Qeyd edək ki, Salam beynəlxalq yeniyetmələrin kino festivalı sentyabrın 2-dən 5-dək davam edəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə