Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.

Mərkəzdən REAL-a verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 6 sentyabr tarixində keçiriləcək.

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 6 sentyabrda, saat 09:00-da başa çatacaq.

Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar.

Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə almasını xahiş edirik.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə