“Azəriqaz“ smart kart tipli sayğacların kartlarının verilməsində yaranmış problemi həll edib

“Azəriqaz“ smart kart tipli sayğacların kartlarının verilməsində yaranmış problemi həll edib

Bu gün 2 saylı “ASAN Kommunal” mərkəzində smart kart tipli sayğacların kartlarının verilməsi prosesində növbələr yaranıb.

REAL Report-a istinadla xəbər verir ki, bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Məlumata görə, bunu nəzərə alaraq İB-nin rəhbərliyi problemin operativ şəkildə həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Beləliklə, bu gündən etibarən Bakı Regional Qazın Satışı Departamentinin bir qrup işçisi Mərdəkan, Maştağa və Xırdalan xidmət sahələrinə cəlb olunub və həmin yerlərdə fəaliyyət bərpa edilib. Hətta 2 saylı “ASAN Kommunal”dan uyğun istiqamətlər üzrə abonentlərin aparılması üçün nəqliyyat vasitələri də ayrılıb.

Xatırladaq ki, bu həftənin əvvəlindən “ASAN Səyyar” xidmətinin təşkili ilə bağlı Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində çalışan mühəndis heyəti 7 istiqamət üzrə rayonlara ezam olunub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə