104 şəhidin vərəsəsi birdəfəlik ödəmə ilə təmin olunub - VİDEO

104 şəhidin vərəsəsi birdəfəlik ödəmə ilə təmin olunub - VİDEO
Birdəfəlik ödəmə ünvanında

Dövlət başçısının 19 aprel 2018-ci il tarixli və 28 yanvar 2019-cu il tarixli fərmanlarına əsasən, ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 11067 şəhidin 16394 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Bu barədə daha ətraflı məlumatı bizə ƏƏSMN-nin Sosial Təminat Siyasəti şöbəsinin müdiri Babək Hüseynov verir.

5419749 bidəfəlik ödəmə ilə bağlı bütün sualları cavablandırmaq üçün bu nömrə ilə əlaqə saxlamaq olar

"Ən son şəhidimizin vərəsəsi müraciət edənədək bu proses davam edəcək. Əgər vərəsə xaricdə yaşayırsa bank heasabı ilə ödəniş mümkündür. Bəzi xaricdə yaşayan vərəsələr qeyd edirlər ki, onlar vətənlərinə qayıtdıqdan sonra ödəmələrini alacaqlar. Uçota alınma yerli icra orqanlarında həyata keçirilir. Uçota alındıqdan sonra növbəlilik prinsipi ilə ödəmələr onlara verilir. 110 mənzil verilib. İlin sonuna qədər 800 mənzil veriləcək. Gələn ildən də gözləntilər var", deyə  ƏƏSMN-nin Sosial Təminat Siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib.

Babək Hüseynov "12 mindən biraz artıq şəhid ailəsi üzvləri bu təqaüdlə təmin edilirlər. Şəhid ailəsi təqaüdü almaq hüququ olan şəxslər şəhidin atası, anası, dul həyat yoldaşı və 18 yaşına çatmayan övladlarıdır.  Əgər həmin övladlar 23 yaşına qədər Ali Təhsil müəssisələrində istər bakalavr, istər magistr təhsili alanlar olsun onlara həmin tarixə qədər təqaüdün verilməsi davam etdirilir. Təqaüdlərin verilməsi daim diqqət mərkəzindədir. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailələri üzvlərinə şəhid ailəsi üzvü olduğuna görə müavinət ödənilir. 18 yaşına çatmayan şəhid ailələri övladlarına şərti olaraq uşaq pulu ödənilir, təhsil aldıqları müddətdə onlara güzəştlər var, təhsil haqqından azad edilirlər və s", deyə bildirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə