Azərbaycan kitabları Moskvada - VİDEO

Azərbaycan kitabları Moskvada - VİDEO
Rusiyada beynəlxalq sərgidə ölkəmiz 200 adda kitabla təmsil olunur

Rusiyanın Xalq Təsərrüfatları sərgi mərkəzində təşkil olunan 32-ci Beynəlxalq kitab yarmarkasında Azərbaycan da daxil olmaqla 33 ölkə təmsil olunun. Rusiyanın ən böyük kitab sərgisində 100 mindən çox yeni kitab təqdim olunur. Bu ilin sərginin əsas istiqamətlərindən biri isə illustrasiyalı kitablardır.

Azərbaycan da kitab sərgisində geniş şəkildə təmsil olunmaqdadır. Belə ki, Azərbaaycanın Mədəniyyət və Turizm Nazirliyi 200 adda kitabla moskvalıların qonağıdır.

Azərbaycan mədəniyyətindən, tarixindən, arxitekturasından və dahi şəxsəldən bəhs edən kitablar sərgi iştirakçılarında böyük maraq doğurur.

Azərbyacan Mədəniyyət Nazirliyinin nümayəndəsi Elbəy Əli isə Azərbaycanın sərgidə iştirakının əhəmiyyətini və məqsədi qeyd edib.

Azərbaycan stendində diqqət çəkən məqamlardan biri isə stendin xarici görünüşü oldu, Yarmarkanın fəxri qonağı olan Belarus Respublikası ilə sərginin mərkəzində yerləşən stend Azərbaycanın şəhərləri və Bakının arxitekturası ilə bəzədilmişdi.

Sərgi çərçivəsində müsabiqə də keçirilib. Azərbaycanın təqdim etdiyi 10 yaxın kitab müxtəlif naminasiyaların qalibi olub. «Şərq Qərb» nəşriyyatının illustrasiyalı şəkildə çap etdiyi Nizami Gəncəvinin "Xosrov və Şirin" əsəri isə yarmarkanın ən üstün mükafatına Qran Pri-yə layiq görülüb.

Nəzərinizə çatdıraq, 32-ci Beynəlxalq kitab yarmarkası sentyabırın 8-nə kimi davam edəcək.

 

 REAL TV-nin Rusiya bürosu

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə