“Dağların başı“ndan səda - VİDEO

“Dağların başı“ndan səda - VİDEO
Xınalıq kəndində musiqi festivalı keçirilir

Qubanın Xınalıq kəndində “Dağların başı” layihəsi çərçivəsində musiqi festivalı keçirilir.

Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda “Dağların başı” layihəsi çərçivəsində musiqi festivalının açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid iştirak etdilər.

Sentyabrın 8-dək davam edəcək festival müddətində Azərbaycan, Gürcüstan və Macarıstandan olan musiqiçilər öz ifalarını nümayiş etdirir və müxtəlif master-klasslar keçirlər.

Layihə ərzində ərsəyə gətirilmiş məhsulların satışı məqsədilə yarmarka fəaliyyət göstərir.

Məqsəd incəsənət mütəxəssislərinin iştirakı ilə Xınalıq icmasının mədəni-sosial və iqtisadi həyatını canlandırmaq buranın təbii və mədəni resurslarından istifadə edərək müxtəlif yeni fəaliyyət növlərini və məhsullarını yaratmaqdır.
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə