Cəlilabad polisi 16 il axtarışda olan şəxsi saxlayıb

Cəlilabad polisi 16 il axtarışda olan şəxsi saxlayıb

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları 16 il axtarışda olan şəxsi saxlayıb.

REAL Report-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə barəsində axtarış elan olunmuş Cəlilabad rayon Gülməmmədli kənd sakini Hikmət Ağayev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində saxlanılıb.

H.Ağayev 02.01.2003-cü ildən axtarışda olub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər