Xorvatiyalılarla 4-cü duel - VİDEO

Xorvatiyalılarla 4-cü duel - VİDEO
Komandamız növbəti dəfə dünya ikincilərini Bakıda büdrətməyə çalışacaq

Bu gün futbol üzrə Azərbaycan millisi 2020-ci il Avropa Çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Komandamız 2018-ci il dünya çempionatının gümüş mükafatçısı Xorvatiya kollektivi ilə üz-üzə gələcək. Futbolçularımız matçına hazırlıqlarını başa vurub. Son məşqin ilk 15 dəqiqəsi media üçün açıq olub. Burada isə millimizin üzvləri isinmə hərəkətləri ilə yadda qalıblar. Seçməmizin baş məşqçisi Nikola Yurçeviç oyunla başlı fikirlərini bildirib. O, həmyerlilərinə qarşı oyunda əllərində gələni edəcəklərini deyib.

Bizi böyük oyun gözləyir. Dünya çempionatının finalçısı ilə qarşılaşacağıq. Bir neçə gün qabaq keçirdiyimiz matçda son dəqiqələrdə qol buraxaraq məyus olduq. Uelslə görüş AVRO-2020-nin seçmə mərhələsində ən yaxşı oyunumuz idi. Uduzsaq da yaxşı çıxış etdik. Hətta Xorvatiya ilə səfər görüşündə də. Bu dəfə daha kompakt oynamalı, əlimizdən gələni etməliyik. Heyətdə müəyyən itkilər olsa da, matça yaxşı köklənmişik. Əvvəlki ev oyunlarımız iyuna təsadüf etdi. Həmin vaxt yaxşı formada deyildik. Üstəlik, erkən və standart vəziyyətlərdən vurulan qollar həlledici oldu.

Xorvatiyalılar da Bakı qələbə üçün gəliblər. 4 oyuna 9 xal toplayan balkanlılar liderliyi bölüşdürdükləri macarları gözdən qoymamaq niyyətindədirlər. Qonaqların baş məşqçisi Zlatko Daliç oyunöncəsi mətbuat konfansında bu fikri səsləndirib. 53 yaşlı mütəxəssis matçın onlar üçün çətin keçəcəyini, buna rəğmən hədəflərinə çatacaqlarına inandığını bildirib.

İlk növbədə ciddi oynamalı, qarşılaşmaya ciddi yanaşmalıyıq. Slovakiyaya qarşı matç kimi ciddiliyi qorusaq, müsbət nəticə qazanarıq. Çətin olacaq, səbrli davranmaq lazımdır. Qələbə üçün lazımi performansı göstərməliyik. Xalsız olması rəqibin zəifliyindən xəbər vermir. Komandanı eyni səviyyədə saxlamaq baş məşqçi üçün çətin işdir. Azərbaycan millisi yaxşı komandadır. İlk dəqiqələrdən yaxşı çıxış etməliyik. Əks halda çətinlik çəkəcəyik. Slovakiya ilə görüşlə müqayisədə heyətdə ciddi dəyişiklik etməyi düşünmürük. Məqsədimizi bilirik. Hədəfimiz final mərhələsinə vəsiqə qazanmaqdır. Fikrimcə, 15 xal toplasaq, hədəfimizə çatacağıq.

Qeyd edək ki, tərəflərin yolları indiyənədək 3 dəfə kəsişib. AVRO-2016-nın seçmə mərhələ matçlarından birincisi Xorvatiyanın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab qarşılaşması isə qolsuz nəticələnib. Maraqlısı budur ki, Osiyekdəki qörüş millimizin o vaxtkı baş məşqçisi Berti Foqtsun, Bakıdakı oyun isə xorvatiyalıların çalışdırıcısı Niko Kovaçın istefası ilə nəticələnmişdi. Komandalar arasındakı 3-cü qarşılaşma cari seçmə tsikldə martın 21-də Zaqrebdə reallaşıb. Matç balkanların 2-1 hesablı əzmkar qələbəsi ilə bitib.

Tərəflərin 4-cü dueli bu gün 8-ci km qəsəbə stadionunda təşkil olunacaq. Qarşılaşmanın start fitini saat 20-də isveçrəli baş hakim Sandro Şörer səsləndirəcək.
Birinci dövrədən sonra Macarıstan və Xorvatiya kollektivləri 9 xalla E qrupuna başçılıq edirlər. Aktivlərində 6 xal olan slovakiyalılarla uelslilər 3-4-cü yerləri bölüşürlər. Xal qrafası 0 olan seçməmiz isə sonuncu pillədə qərarlaşıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə