Zarat postu yaxınlığında qəza - 4 nəfər xəsarət aldı, 2-si Bakıya göndərildi (FOTO)

Zarat postu yaxınlığında qəza - 4 nəfər xəsarət aldı, 2-si Bakıya göndərildi (FOTO)

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

REAL xəbər verir ki, Trend-in məlumatına görə, qəza ötən gün Quba-Bakı istiqamətində, Zarat postu yaxınlığında qeydə alınıb. "Lada" markalı avtomobil idarəetməni itirməsi nəticəsində aşaraq yolun kənarına düşüb. Qəzada 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə və Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Onlar, 1982-ci il təvəllüdlü Seyfəliyev Bəhruz Höküməddin oğlu onurğa və sağ budun küt travması, 1994-cü il təvəllüdlü Qadaşov Aqil Əsgər oğlu açıq kəllə-beyin travması, təpə sümüyü və alt çənənin sağ nahiyəsinin sınığı, döş qəfəsinin küt travması, sağ said sümüklərinin çoxsaylı sınığı, 1990-cı il təvəllüdlü Babayev Məsbulla Ədalət oğlu başın təpə nahiyəsinin sıyrılmış yarası, döş qəfəsi və sol budun küt travması, 1987-ci il təvəllüdlü babyev Xəzər Əlixan oğlu qapalı kəllə-beyin travması, başın sağ tərəfinin yarası və alın nahiyəsinin böyük həcmli yırtığı xəsarətləri alıblar.

Xəstələrdən ikisi - M.Babayev və A Qadaşov gecə 01 radələrində radələrində Bakıya 1 Saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Mərkəzdən verilən məlumata görə, hər iki şəxs reanimasiya şöbəsindədir, müalicələri davam edir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə