Azərbaycan yığması baş məşqçisi ilə vidalaşıb

Azərbaycan yığması baş məşqçisi ilə vidalaşıb

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması baş məşqçisi qalıb. 

REAL xəbər verir ki, APA-nın məlumatına görə, italiyalı çalışdırıcı Covanni Kaprara milli komandadan ayrılıb. 

Buna 57 yaşlı mütəxəssisin müqaviləsinin bitməsi səbəb olub. Azərbaycan Voleybol Federasiyasının qısa müddətə müqavivilə bağladığı C. Kaprara yenidən İtaliyanın “İl Bisonte” klubuna qayıdıb. 

May ayında millinin “sükanı arxası”na keçən mütəxəssis 3 rəsmi turnirdə komandamıza rəhbərlik edib. Avropa Liqasında 6 məğlubiyyət alan əcnəbi məşqçi Olimpiya Lisenziyalı Turnirdə 3 oyunda cəmi 1 qələbə sevinci yaşayıb. Onun son sınağı isə Avropa çempionatına təsadüf edib. C. Kapraranın rəhbərlik etdiyi yığma qrupda 5 oyundan 4-də qələbə qazanıb, 1-də uduzaraq 1/8 finala yüksəlib. Voleybolçularımız üçün keçilməz olan bu matç apenninli üçün də son görüş xarakteri daşıyıb. 

Beləliklə, Azərbaycan yığması ilə C. Kapraranın rəhbərliyi altında keçirdiyi 15 matçda 5 qələbə qazanıb. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə