AVRO-2020: Azərbaycan Xorvatiya ilə matçda hesabı bərabərləşdirib - YENİLƏNİB, 2

AVRO-2020: Azərbaycan Xorvatiya ilə matçda hesabı bərabərləşdirib - YENİLƏNİB, 2

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Xorvatiya matçında hesab dəyişib. 

REAL-ın məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma Bakıda keçirilən qarşılaşmada hesabı bərabərləşdirib. Komandamızın heyətində 73-cü dəqiqədə Təmkin Xəlilzadə fərqlənib - 1:1.

 

*****

20:25

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində Xorvatiya ilə görüşdə hesabda geri düşüb. 

Bakıda keçirilən matçda qonaqlar hesabı açıblar. Görüşün 11-ci dəqiqəsində Luka Modriç penaltidən fərqlənib. 

 

*****

18:47

Azərbaycan və Xorvatiya milli komandalarının AVRO-2020-nin seçmə oyunu üçün start heyətləri açıqlanıb.

REAL-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18.Anton Krivotsyuk, 21. Pavel Paşayev. 22. Cavid Hüseynov

Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlasiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartolets

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə