“Tokio-2020“yə ikinci vəsiqə

“Tokio-2020“yə ikinci vəsiqə
Paraüzgüçümüz Roman Saleh Paralimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan para-üzgüçüsü Roman Saleh 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, millimizin üzvü İngiltərənin paytaxtı Londonda keçirilən dünya çempionatında 100 metr məsafəyə arxası üstə 1 dəqiqə 1 saniyəyə üzərək, gümüş medala layiq görülüb. O, ilk 2 yerdən birini tutduğu üçün "Tokio 2020"yə birbaşa vəsiqə əldə edib.

Xatırladaq ki, bu Azərbaycan paralimpiyaçılarının paralimpiya oyunlarına qazandığı ikinci lisenziyadır. Daha əvvəl para-pauerliftinq üzrə seçməmizin üzvü Elşən Hüseynov buna nail olub.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə