Ərdoğan: Əlaqələrimizin dostum Trampın ölkəmizə edəcəyi səfərdən sonra güclənəcəyinə inanıram

Ərdoğan: Əlaqələrimizin dostum Trampın ölkəmizə edəcəyi səfərdən sonra güclənəcəyinə inanıram

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ticarət naziri Rossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Dostum Trampla səmimi və güclü bir dialoqumuz var. Bu dialoqu hörmətli Trampın ölkəmizə edəcəyi səfərlə daha da gücləndirəcəyimizə inanıram”, - deyə Türkiyə prezidenti görüş zamanı bildirib.

“ABŞ investorlarına lazımı dəstəyi verməyə hazırıq”.


“20 milyard dollar səviyyəsində ticarət həcmi həqiqi potensialın bütünü deyil. Dostum Trampla sərbəst ticarət razılaşması müzakirələrinə başlamaq barədə də danışacağıq. Bu məsələdə aidiyyatı nazirlərimiz ən yaxın zamanda işlərə başlayacaqlar. Daha çox ABŞ firmasının ölkəmizə investisiya qoymasını arzu edirik. Ölkəmizə gələn hər ABŞ investoruna lazımlı olan bütün dəstəyi verməyə hazırıq”, - deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti hakimiyyətdə olduğu müddət ərzində iki ölkə arasında olan ticarət dövriyyəsindən də danışıb: 

“17 il öncə hakimiyyətə gəldiyim zaman ixracatı 36 milyard dollardan təhvil aldıq, bu gün ümumi rəqəmləri 170 milyard dollara qaldıra bildik. Beynəlxalq insvestorlar üçün Türkiyə ən vacib məkanlardan biridir və bunu davam etdirəcəyik”.


“Ölkəmizin Suriyadan gələn yeni miqrant dalğasına qapı açması mümkün deyil”.

R.T.Ərdoğan Amerikalı rəsmilərlə Suriya məsələsini də müzakirə edib: 

“Türkiyə bu gün 3,6 milyonu Suriyalı olmaqla 5 milyona yaxın miqranta ev sahibliyi edir. Bütün avropanın təhlükəsziliyini biz təmin edirik. İŞİD artıq məğlub olub.Ölkəmizin Suriyadan gələn yeni miqrant dalğasına qapı açması mümkün deyil.Bu an həm ölkəmizin həm də Suriyalı miqrantların geri dönməsi üçün ən böyük əngəl PKK ilə onun qolu olan YPG kimi terror təşkilatıdır. Etnik təmizləmə həyata keçirən, bölgənin insanları yurd-yuvalarından didərgin salan, Türk vətəndaşlarının can və mal təhlükəsizliyini təhdid edən bu təşkilatlar məhv edilməlidir. ABŞ-la Suriyadakı işbirliyimizə böyük önəm veririk. Təəssüf ki, hörmətli Obama dövründə “təhlükəsiz bölgə” ideyasına istədiyimiz cavabı ala bilmədik. 50 minə yaxın TIR-la terrorçu təşkilatlara yardım getməsi bizi çox narahat edir. ABŞ-dan gözləntimiz terrorla mübarizədə və miqrantların evlərinə qayıda bilmələri üçün bölgədə atdığımız addımlarda bizi dəstəkləməsidir”.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə