Dostunu öldürən şəxs şikayətindən imtina edib

Dostunu öldürən şəxs şikayətindən imtina edib

Bakı Apelyasiya Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən Əli Nağıyevin barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

REAL APA-ya istinadla xəbər verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs şikayətindən imtina edib.

Bu səbəbdən şikayətin baxılmasına xitam verilib.

Qeyd edək ki, 2017-ci il fevralın 28-də Bakının Bayıl qəsəbəsində 1985-ci ildə Naxçıvanda anadan olmuş Ə. Nağıyev mübahisə zəminində dostu Nail Abdurəhmanovu bıçaqlayaraq qətlə yetirib. Daha sonra Ə. Nağıyev Gürcüstana qaçıb. Lakin orada saxlanılıb və Bakıya ekstradisiya edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ə. Nağıyev 13 il azadlıqdan məhrum edilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə