Zaqatalada avtomobildən narkotik götürülüb

Zaqatalada avtomobildən narkotik götürülüb

Zaqatala Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Balakən rayonu Poçtbinə kənd sakini Anar Mustafayevin idarə etdiyi və sərnişin qismində həmin avtomobildə əyləşən həmkəndlisi Bəhruz Qardaşov olan “VAZ 2106” markalı avtomobil rayon ərazisində saxlanılıb.

Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən 1 ədəd sellofan torbada 230 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. 

Faktla bağlı RPŞ-da araşdırma aparılır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə