Peşə məktəblərinə qəbulla bağlı Apelyasiya Komissiyası fəaliyyətə başlayıb

Peşə məktəblərinə qəbulla bağlı Apelyasiya Komissiyası fəaliyyətə başlayıb

Peşə təhsili müəssisələrinə qəbul və nəticələrlə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün yaradılan Apelyasiya Komissiyası fəaliyyətə başlayıb.

REAL Report-a istinadla xəbər verir ki, komissiya 18 nömrəli Bakı Peşə Liseyində (Binəqədi rayonu, Heydər Hüseynov küç. 17A) şikayətləri dinləyəcək.  

Apelyasiya Komissiyasına saat 10:00-dan 18:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməklə müraciət etmək mümkündür. Komissiya işini sentyabrın 13-də yekunlaşdıracaq. 

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu artıq başa çatıb. Avqustun 5-dək 20-dək keçirilən birinci mərhələdə 8 808 nəfər, 28 avqust - 5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə isə 3 754 nəfər peşə təhsili müəssisələrində təhsil almaq hüququ əldə edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə