Türkiyədə mikroavtobus aşıb: 10 nəfər ölüb, 7 nəfər yaralanıb (YENİLƏNİB)

Türkiyədə mikroavtobus aşıb: 10 nəfər ölüb, 7 nəfər yaralanıb (YENİLƏNİB)

Türkiyənin Bitlis əyalətinin Hizan qəsəbəsində kəndlərarası mikroavtobusun aşması nəticəsində 10 nəfər ölüb, 7 nəfər yaralanıb.

REAL Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, şagirdləri və onların ailələrini daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində ölənlərdən 6-sı uşaqdır.

Kənd sakinləri hadisə şahidi olaraq təcili yardım və xilasetmə briqadaları çağırıblar. Yaralılar təcili yardım maşınları ilə Hizan Dövlət Xəstəxanasına çatdırılıb.

***

12:08

REAL xəbər verir ki, Türkiyənin Bitlis əyalətinin Hizan qəsəbəsində kəndlərarası mikroavtobusun aşması nəticəsində ilkin məlumata görə 8 nəfər ölüb, 5 nəfər yaralanıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə