Şahin Mustafayev: Azərbaycan Yekaterinburqda logistik mərkəzi yaradacaq

Şahin Mustafayev: Azərbaycan Yekaterinburqda logistik mərkəzi yaradacaq

Azərbaycan tərəfi Yekaterinburq şəhərində logistik mərkəzi yaradacaq.

REAL xəbər verir ki, Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlanmaında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, uzun müddətdir davam edən danışıqlardan sonra Azərbaycan Yekaterinqburqda logistik mərkəzi yaradacaq.

Nazir bildirib ki, sabah iki tərəfin iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək: “Bu biznes-forumda da bununla bağlı artıq müvafiq memorandum imzalanacaq. Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası və Sverdlovsk vilayətinin müvafiq şirkəti arasında bu logistik mərkəzinə Azərbaycan istehsalı olan meyvə-tərəvəzin təchizi istiqamətində işlərin təşkili baxımından vacib sənəd imzalanacaq”.  

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə