“Cənub“ ES-ə qaz kəməri çəkilib - VİDEO

“Cənub“ ES-ə qaz kəməri çəkilib - VİDEO
"Cənub" elektrik stansiyasına çəkilən qaz kəməri istifadəyə verilib

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya proqramına” uyğun olaraq Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasına Hacıqabul rayonunda yerləşən qaz paylayıcı stansiyadan 26 kilometr məsafədə 530 millimetlik borularla yeni qaz kəməri çəkib və artıq istismara verib. Qeyd edək ki, bu günə qədər “Cənub” Elektrik Stansiyasında hər birinin gücü 5,7 meqavat olmaqla 2 ədəd qaz kompressoru işləyirdi və onlar turbinə ötürmək üçün qazın təzyiqini 13 atmosferdən 28 atmosferə qədər qaldırmalı olurdu. Buna görə həm stansiyanın işində problemlər yaranır, həm də orta hesabla ay ərzində 8 milyon kilovat saat elektrik enerjisinin sərfinə gətirib çıxarırdı. Yeni xətt istismara verildiyindən indi qaz kompressora deyil, birbaşa turbinə daxil olur və həmin kampressorların işləməsinə ehtiyac qalmır. Bununla da ilk növbədə “Cənub” Elektrik Stansiyasının etibarlığı və dayanıqlığı artır, eyni zamanda istehsal prosesində sərf edilən aylıq 8 milyon kilovatsaat elektrik enerjisinə qənaət edilir və əvəzində həmin elktrik enerjisi ümumi sistemə ötürülür.

Reabilitasiya Proqramı çərçivəsində son aylarda “Cənub” Elektrik Stansiyasında bır sıra işlər və iri həcmli layihələr də reallaşdırılıb.

Qeyd edək ki, ötən ilin iyul ayının 3-də enerjisitemdə baş verən qəza nəticəsində sıradan çıxan 330, 220, 6 kilovoltluq avto transformator da təmir edilərək “Cənub” Elektrik Stansiyasındakı yerinə quraşdırılıb. “Azərenerji” Reablitasiya Proqramı çərçivəsində Cənub elektrik Stansiyasındakı işlərini davam etdirəcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə