Paytaxtda quldurluq - VİDEO

Paytaxtda quldurluq - VİDEO
Xətai rayonunda adam oğurluğunda şübhəli bilinən dəstə saxlanılıb

Xətai Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə tutularaq istintaqa verilib.

Xətai Rayon sakini Hüseyn Əsgərov sentyabrın 9-da paytaxt sakinləri – 1970-ci il təvəllüdlü A.Abbasovaya 25000 manat borcu olduğuna görə, onun sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı tərəfindən Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib. 1982-ci təvəllüdlü Vasif Allahverdiyev, Sumqayıt şəhər sakinləri 1988-ci il təvəllüdlü Ş.Hüseynov və 1992-ci il təvəllüdlü Fəqan Eminoğlu tərəfindən məcburən kənar avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən evinə aparıblar.

Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Niyaməddin Kazımlının iştirakı ilə H.Əsgərova xəsarət yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməsini bildirərək işgəncə veriblər.

Keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxslər müəyyən olunaraq saxlanılıb, zərərçəkən Hüseyn Əsgərov isə girov saxlandığı yerdən azad olunub.

Faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, cinayət işi başlanılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə