Xüsusi amansızlıqla qətl törətmiş şəxsə hökm oxunub

Xüsusi amansızlıqla qətl törətmiş şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Ruslan İlyasovun cinayət işi üzrə proses başa çatıb.

REAL-ın APA-ya istinadən məlumatın görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R.İlyasov 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, bu ilin aprel ayında Mərdəkan qəsəbəsində yerləşən bağ evində 46 yaşlı R.İlyasov bağban işlədiyi bağ evinin sahibi Musayev Sergey Anatolyeviçi qətlə yetirib. Cinayətdə  oraq və baltadan istifadə olunduğu müəyyən edilib.

Saxlanılan İlyasov dindirilən zaman Musayevi qısqanclıq zəminində qətlə yetirdiyini açıqlayıb. O bildirib ki, Musayevin onun həyat yoldaşına gözü düşüb və ona sataşıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə