Azərbaycanın Energetika naziri Barkindo və Novakla görüşüb

Azərbaycanın Energetika naziri Barkindo və Novakla görüşüb

Əbu-Dabidə səfərdə olan Energetika naziri Pərviz Şahbazov OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo və Rusiyanın Energetika naziri Aleksandr Novakla görüşüb.

Energetika Nazirliyindən REAL-a verilən məlumata görə, görüşlərdə dünya neft bazarının son vəziyyəti və inkişaf meylləri, neftin qiymətinə və neftə qlobal tələbatda artıma təsir edən faktorlar, OPEC+ ölkələri üzrə öhdəliklərin  icra göstəriciləri və eləcə də  bu format çərçivəsində Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib.

Neft bazarında sabitliyin qərarlaşdığı vurğulanaraq bu prosesdə OPEC+ iştirakçılarının  rolu yüksək qiymətləndirilib. OPEC+ əməkdaşlığı qiymət sabitliyinin davamlılığını təmin edə biləcək uğurlu və çevik tənzimləmə mexanizmi kimi  qeyd olunub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə