Üçüncü zəng, yoxsa əcəl zəngi? - VİDEO

Üçüncü zəng, yoxsa əcəl zəngi? - VİDEO
Teatrlarımızın nüfuzu tamaşaçı ilə qayıdacaq

Post dramatik Teatrın parlaq təmsilçisi amerikalı teatr rejissoru Robet Uilsonun maraqlı bir fikri var. O deyir ki, işıq səhnədə ən vacib aktyordur. İşığın necə işlədiyini bilmədən mənim tamaşamda oynaya bilməzsiz. Əslində Robert Uilson tearın nüvəsində də işığın dayandığını bilməmiş deyil. Teatr zaman zaman insanları işığa, aydınlığa daşıyıb, cəmiyyəti duruldub, qara kölgələri ağ pərdənin fonunda görünməz edib. Uzağa, həm də bizə ən yaxın keçmişimizə baxaq.

1910- 1913-cü illərdə Üzeyir Hacıbəyov dalbadal üç tamaşa qoydu səhnəyə: "Ər və arvad", "O olmasın bu olsun", "Arşın mal alan".

Həmin illərdə Kaspi qəzeti yazırdı ki, təkcə Bakı teatrlarında "Arşın mal alan"a 1 ildə 150 dəfə baxılıb. Lakin operettaya mənfi rəy verənlər də az deyildi.

1913-cü ildə çıxan "İqbal" qəzetində Hacı İbrahim Qasımov adlı teatr tənqidçisi yazırdı ki, "Arşın mal alan" kimi tamaşaları müsəlmanlara göstərmək xətadan xali deyildir. Belə tamaşalar millətin əxlaqını pozar, onu indiki halından betər bir hala salar".

Tarix göstərdi ki, teatr millətin əxlaqını formalaşdıran ən güclü vasitədir. Təkcə Cəfər Cabbarlının Sevilindən sonra nə qədər sevillər çadrasını atdı, nə qədər gülüşlər qəhqəhəyə çevrildi, nə qədər Almazlar, Oqtay Eloğlular elinə, obasına layiqli övlad kimi yetişdilər?

Bəs bu gün Azərbaycan teatrları niyə sələflərinin yolunu davam etdirə bilmir. Niyə bu gün tutaq ki, məscidə gedənlərin sayı teatra gedənlərin sayından çoxdur? Teatrlarımız öz ümdə vəzifələrindən niyə bir addım iki addım geri çəkiliblər?

Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov deyir ki, bu gün teatr orta hesabla 80 faiz tamaşaçı planını yerinə yetirir.

"Yuğ" teatrının baş rejissoru Mehriban Ələkbərzadə də pessimist deyil. Baxmayaraq ki, teatr bu il 30 illiyini məskunlaşdığı Kukla teatrında qeyd edəcək, buna rəğmən tamaşaçılar "Yuğ"un əməyini itirmirlər.

Tamaşaçını teatra qaytarmağın yolu hardan keçir, nədən keçir? Bu sualın çoxlu cavabları var. Teatrın isə bir yolu. Yaxşısı o yolu gedin.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə