ETSN: Qazlaşdırılmamış ucqar dağ kəndləri üçün oduncaq tədarükü davam edir

ETSN: Qazlaşdırılmamış ucqar dağ kəndləri üçün oduncaq tədarükü davam edir

Qazlaşdırılmamış ucqar dağ kəndlərinin odun yanacağı ilə təmin olunması üçün planlaşdırılan oduncağın tədarükü davam edir.

REAL APA-ya istinadla xəbər verir ki, Regional Meşə Təsərrüfatı mərkəzləri artıq hər bir bölgə üzrə tədarük olunan odunun dəyərinin ödənilməsi şərtilə təyin edilmiş ünvanlarda odun satışını həyata keçirir. Tədarük olunmuş oduncaq ilk növbədə qazlaşdırma işləri başa çatdırılmamış yüksək dağlıq ərazilərdə yaşayan əhaliyə  verilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ehtiyacı olan vətəndaşlara odun əldə etmək üçün qış aylarını gözləmədən indidən Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir və Göy-Göl Regional meşə təsərrüfatı mərkəzlərinə müraciət  etməyi  tövsiyə  edir.

Bu işdə yerli icra nümayəndəliklərinin və bələdiyyələrin köməyi və dəstəyi də zəruridir, oduna ehtiyacı olanların onlar tərəfindən dəqiq olaraq müəyyənləşdirilməsi çox vacibdir.

Odun yanacağı əldə etmək istəyən vətəndaşlar müraciət, təklif və şikayətlə bağlı ETSN tərəfindən müəyyən edilmiş 050-375-40-03 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə