Azərbaycan Beynəlxalq Reklam sərgisi - VİDEO

Azərbaycan Beynəlxalq Reklam sərgisi - VİDEO
Sərgidə 43 şirkət iştirak edir

Bu gün Bakıda II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi “Adprint 2019” keçirilir.

REAL xəbər verir ki, sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.

“Adprint 2019” sərgisi reklam sənayesi sahəsində ölkədə və regionda yerli və xarici mütəxəssisləri bir araya gətirən yeganə beynəlxalq sərgidir. Reklam xidmətlərinin sifarişçilərinin reklam agentlikləri, tipoqrafiyalar, istehsalçı və distribüterlər ilə tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq yollarının müzakirəsi üçün unikal işgüzar platformadır.

Sərgi sentyabrın 14-nə kimi davam edəcək. 

Üç gün ərzində sərgiyə 3 minədək ziyarətçinin qatılacağı gözlənilir. Onların arasında şirkət müdirləri, marketinq üzrə direktorlar, satınalma üzrə direktorlar yer alırlar.

Sərgidə vizual reklam texnologiyaları, mətbəə və poliqrafiya xidmətləri, hər növ çap avadanlıqlar və ləvazimatları, reklam xidmətləri və tanıtımı, reklam qablaşdırılması və etiketləri, irimiqyaslı tədbirlərin açar tərtibatı və sair nümayiş olunur.

Sərgi çərçivəsində müxtəlif B2B görüşlər, panel diskussiyalar, müsabiqələr, dəfilələrdən ibarət olan geniş işgüzar və əyləncə proqramlar keçiriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə