Azərbaycan Yazıçılar Birliyində sədr müavini postu ləğv ediləcək

Azərbaycan Yazıçılar Birliyində sədr müavini postu ləğv ediləcək

“Azərbaycan Yazıçılar Birliyində (AYB) sədr müavini ştatı ləğv olunur”. 

REAL xəbər verir ki, bunu APA-ya AYB-nin təşkilati məsələlər üzrə katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib.

“Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov vəfat edəndən sonra belə qərara gəldik ki, AYB sədrinin müavini postu ləğv edilsin”, - Ç. Abdullayev vurğulayıb. 

O AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinin təşkilatın tərkibindəki Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğluna həvalə edildiyini də diqqətə çatdırıb: “Səlim Babullaoğlu həm AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həm də Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri olacaq”. 

Qeyd edək ki, AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri şair Abbas Abdulla bu yaxında vəfat edib. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə