Nəqliyyat vasitələrində saxlanılan dərman qutularının tərkibi müəyyənləşib

Nəqliyyat vasitələrində saxlanılan dərman qutularının tərkibi müəyyənləşib

Nəqliyyat vasitələrində saxlanılan dərman qutularının tərkibi müəyyənləşib.

REAL xəbər verir ki, APA-nın məlumatına görə, bununla bağlı Baş nazir Novruz Məmmədov “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Qərarla dərman qutusunun tərkibi aşağıdakı kimi müəyyən edilib.

Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vasitələr:

1. Analgin 0.5 (yaxud əvəzedici) – 1 qutu;

2. Portativ hipotermik (soyuducu) paketkonteyner – 1 ədəd;

3. Natrium sulfasil məhlulu – 1 tübik;

4. Aspirin 325 mq doza və ya Aspirin 100 mq doza – 1 qutu.


Qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vasitələr:

1. Özünə və qarşılıqlı yardım məqsədilə arterial qanaxmanı saxlamaq üçün tənzimlənən (təzyiqli) jqut – 1 ədəd;

2. Steril bint 10x5 sm – 1 ədəd;

3. Qeyri-steril bint 10x5 sm -1 ədəd;

4. Qeyri-steril bint 5x5 sm- 1 ədəd;

5.Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8x10 sm ölçüdə MAQ atravmatik sarğısı – 1 ədəd;

6. Steril tibbi sarğı paketi – 1ədəd;

7. Bakterisid leykoplastr 2,5x7,0 sm, yaxud 2x5 sm – 8 ədəd;

8. Kapilyar və venoz qanaxmaları saxlamaq üçün 6x10 sm, 10x18 sm ölçüdə furaqinli “Koleteks QEM” steril salfetləri, yaxud statin (tox halında) 1,0 q – 3 ədəd, 3 dəst;

9. Steril tibbi salfet (tənzif materialından) 18x14 sm – 1 ədəd;

10. Spirtdə 5 faizli yodun, yaxud 1%-li brilyant abısının məhlulu – 1 falkon;

11. 1x500 sm və ya 2x500 sm, yaxud 1x250 sm ölçüdə leykoplastr – 1 ədəd;

12. Qeyri-steril boruşəkilli tibbi elastik bint – 1 ədəd;

13. Pambıq 50 q – 1 bağlama.


Ürək ağrılarına qarşı vasitələr:

Nitroqliserin həbləri, yaxud kapsulası (trinitrolonq) – 1 qutu.

 

Bayılmaya qarşı vasitə:

Ammiak məhlulu (naşatır spirti) – 1 flakon.

 

Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vasitələr:

Aktivləşdirilmiş kömür – 1 qutu.

Qayçı (kütuclu) – 1 ədəd.

Birdəfəlik istifadə üçün qeyri-steril tibbi əlcək – 1 cüt.

İlk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçası – 1 ədəd.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə